» » İşığın aşiqiyəm


İşığın aşiqiyəm

15-11-2019, 11:56
Çap et
İşığın aşiqiyəm İstedadlı şair Dahi Almaslının 2019-cu ildə professor Məhərrəm Qasımlının redaktorluğu ilə “Skey” mətbəsində işıq üzü görmüş “İşığın aşiqiyəm” kitabı bir növ, həyat işığının gerçəklərini axtaran bir insanın Allaha xoş hayqırtısıdır.
Kitab müəllifin ilk kitabı olsa da, öz sanbalı ilə artıq oxucuya çox mətləblərdən xəbər verir. Müxtəlif mövzulu bu kitabda əsasən lirik ovqat ictimai səciyyələrlə cilalanıb, müəllif oxucusunu öz duyğu qatına çıxarmaqla mümkün reallıqlar əks etdirib. Bu kitabda müəllif həmçinin, özünün kəskin vətəndaş mövqeyini, ictimai əhvalını əks etdirib, cəmiyyətin mübtəla olduğu gerçəklərin zülmətdən qaynaqlanan ovqatlarını hamımızın fərqindəolduğumuz şəkildə əxz edə bilib. Bu baxımdan, kitab maraqlı təsir bağışlayır və öz duyğusal göstəriciləri ilə könüllərə sığal çəkmək gücündədir.
Uğurlu kitab yazdığı və həyat reallıqlarını doğru-dürüst əks etdirə bildiyi üçün Dahi Almaslını təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.

İlkin Əzizxanoğlu

İşığın aşiqiyəm
Reytinq: