» » Uşaqlara sevindirici xəbər - Məşhur cizgi filminin davamı çəkiləcək


Uşaqlara sevindirici xəbər - Məşhur cizgi filminin davamı çəkiləcək

18-11-2019, 09:23
Çap et
Uşaqlara sevindirici xəbər - Məşhur cizgi filminin davamı çəkiləcək Rusiyanın məşhur "Soyuzmultfilm” kinostudiyası "Nu, poqodi!” cizgi filminin davamını çəkəcək.
Kinostudiya cizgi filminin daha 26 seriyasını çəkməyi planlaşdırır.
Bu barədə jurnalistlərə məlumat verən "Soyuzmultfilm” kinostudiyası İdarə Heyətinin sədri Yulinana Slaşeva bildirib ki, cizgi filminin 1969-cu il yanvarın 1-də ilk buraxılışının ekrana çıxmasından 50 il keçir. Bu münasibətlə filmin 26 yeni seriyasının çəkilişləri planlaşdırılır. Yeni seriyadan olan ilk film 2020-ci ildə balaca tamaşaçılara təqdim ediləcək.
Qeyd edək ki, "Soyuzmultfilm” kinostudiyası 1936-cı ildə yaradılıb. İndiyədək burada 1500-dən çox cizgi filmi çəkilib.
Reytinq: