» » Heydər Əliyev - dünyaşöhrətli siyasətçi


Heydər Əliyev - dünyaşöhrətli siyasətçi

28-11-2019, 10:33
Çap et
Heydər Əliyev - dünyaşöhrətli siyasətçi Dünya şöhrətli müdrik və uzaqgörən siyasətçi ötən əsrin və yaşadığımız XXI əsrin nadir şəxsiyyətlərindən olan ümummilli liderimiz Heydər Əliyevin çoxcəhətli titanik, bəşəri, beynəlxalq aləmdə əks-səda doğuran siyasi-ictimai fəaliyyətini təhlil etmək, açıqlamaq bir məqaləyə sığmaz. Həqiqətən biz tarixə nəzər salarkən məhz Heydər Əliyev kimi unversal siyasətçilərin çox az olduğunu anlayırıq.
Bəllidir ki, cəmiyyətdə sosial imkanların yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə sosial prioritetlərin inkişaf etdirilməsi dövlətimizin vacib istiqamətlərindən biridir. Bu məqsədlə mühüm addımlar atılır, müasir tələblərə uyğun sistem qurulur. Daha doğrusu, hamımız aydın görürük ki, Azərbaycanda sosial-cəmiyyət islahatlarının önəmli cəhətləri çoxdur.

Cəmiyyət reallığında dövlətsevər insanların maarifçi bacarığından maksimum istifadə olunmalıdır. Əbəs yerə deyil ki, son illər sağlam ruhlu insanların əməyinin stimullaşdırılması vacib faktorlardan biri kimi təzahür edir. Respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ərzində mütəmadi olaraq onların əmək imkanları üçün şərait yaradılır, cəmiyyət reallığında ahılların fəallığına diqqət yetirilir.
Dövlət başçımızın apardığı sağlam siyasət cəmiyyət prioritetliyini tam təmin edir. Yüksələn, inkişaf edən Azərbaycanda sağlam insanların təcrübi bacarığından istifadə yollarının axtarılması istiqamətində mühüm addımlar atılır.
Təbii ki, Azərbaycan dövlətinin əsas strateji prioritetlərindən biri iqtisadi yüksəlişdir. Çox sevindirici haldır ki, on illərdir ölkəmizdə bu istiqamətdə uğurlu addımlar atılır. Bu prosesin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha parlaq xarakter alması tariximizin unudulmaz izlərindən biri kimi xatirələrdə qalacaq. O ölməz insanın apardığı siyasətin bir qolu da məhz ahıl insanlara diqqətlə təzahür edirdi. Həmin siyasətin bu gün də uğurla aparılması ölkəmizin ahıl insanlarına qayğının ən dinamik təzahürüdür.
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır.
Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin, həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda mövcud potensialdan daha səmərəli istifadə edilməsi qarşıya mühüm vəzifələr kimi qoyulmuşdur.
Çox sevindirici haldır ki, ölkəmizin malik olduğu hazırkı siyasət ənənəsi xalqımız üçün böyük və parlaq sabahlar vəd edir. Bu vədin əməl şəklində təzahürü isə sabahlarımıza inamı möhkəmləndirir. Və bu proses bütün sahələrdə qabarıq inkişaf sərgiləyir və bu zəmin ölkə insanlarını eyni həvəsdə birləşdirir.
Azərbaycanın iqtisadi inkişafı Heydər Əliyevin düzgün olaraq həyata keçirdiyi siyasətin bəhrəsidir. Bu gün Azərbaycan istər siyasi, istər hərbi, istər iqtisadi gücünə görə, region ölkələri arasında liderdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin taleyi elə gətirmişdir ki, bir-birindən ciddi surətdə fərqlənən iki sistemin: Sosializm və demokratik cəmiyyət şəraitində ölkənin idarəçiliyinə başçılıq etmişdir. Onun müstəqil Azərbaycan quruculuğu işində önəmli rol oynayan Yeni Azərbaycan Partiyasına məxsusi yer ayırması bu prioritetin daha yüksək inkişafına zəmin yaratmışdır. Əbəs yerə deyil ki, bu gün Azərbaycanın dövlət idarəçiliyi xeyli inkişaf etmişdir.
Heydər Əliyev böyük zəka və idarəçilik məharəti ilə Azərbaycanı böyük bəlalardan qurtarmış və irəliyə doğru aparmışdır. Məhz Heydər Əliyev demokratik, müstəqil, dünyəvi və unitar Azərbaycanda böyük siyasi və sosial-iqtisadi uğurlara nail olmuşdur.
Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmiz naminə uzaqgörənlik və müdrikliklə bağlı apardığı islahatların həyatiliyi və faydalılığı indi təkcə respublikamızda deyil, bütün dünyada geniş əks-səda doğurur və yüksək qiymətləndirilir. Heydər Əliyev fəaliyyətə başladığı ilk gündən köhnəliyə, ədalətə qarşı ciddi mübarizə aparmış, idarəetmə strukturlarında ciddi keyfiyyət dəyişiklikləri etmişdir. O, buna inamlı dəstək vermək üçün Yeni Azərbaycan Partiyasının qüdrətini bir az da artırmış, böyük nailiyyətlərin əldə olunmasına ciddi səy göstərmiş və ümumiyyətlə o, bütün sahələrdə tərəqqiyə doğru yeni və ciddi addımların atılması üçün kompleks tədbirlər işləyib-hazırlamış və həyata keçirmişdir.
Azərbaycanın müstəqillik yoluna çıxması Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsi ilə mümkün olub. Bəllidir ki, Heydər Əliyev Azərbaycanın dünya birliyində tanınması və layiqli yerini tutması üçün çoxlu səfərlər həyata keçirib. Buradan şahid oluruq ki, Heydər Əliyev güclü bir diplomat idi. O, xarici ölkə rəhbərləri ilə daimi əlaqə saxlayırdı. Öz diplomatik bacarığı sahəsində dərin biliyə malik idi. Onun beynəlxalq konfranslardakı çıxışı Dağlıq Qarabağ münaqişəsi barədə dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün istifadə etdiyi nümunədir.
Respublikamızın layiqli və hünərvər rəhbəri olmuş Heydər Əliyev hakimiyyət illərində geniş xalq kütlələri ilə sıx əlaqəyə girməyə, onların arzu və təkliflərini dinləməyə böyük üstünlük verirdi. O, bütün sahələrin inkişafını əsaslı şəkildə təmin etmiş, iqtisadiyyatımızın hər bir sahəsində inkişafa, xalqın sosial vəziyyətinin yaxşılaşmasına tükənməz səy göstərmişdir.
Heydər Əliyev respublika rəhbəri kimi sosial-iqtisadi həyatımızda baş verən hadisələri dərin təhlil etmək qabiliyyətində olan yeganə lider olub. O, geniş mənada sabahı görməyi bacarırdı.
Müstəqil Azərbaycanda Heydər Əliyevin siyasətinin uzaqgörənliyi hamı tərəfindən qəbul edilir. Heydər Əliyev tarixin acılı səhifələrinin qiymətləndirilməsi üçün çoxlu sayda sərəncam vermişdir. Onun 1918, 1948-1953-cü illərdə Azərbaycan xalqına qarşı olan düşmənçilik faktlarının işıqlandırılması haqqında verdiyi fərmanlar təqdirəlayiq addımlardır. Dövlətimizin möhkəmlənməsi birbaşa ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun Yeni Azərbaycan Partiyasına önəm verməsi də xalqa olan məhəbbətinin bir təzahürüdür. Və çox sevindirici haldır ki, bu gün onun uzaqgörən siyasətini onun layiqli davamçısı cənab İlham Əliyev uğurla davam etdirir.
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır.
Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.
Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, titanik siyasi fəaliyyətinin bəhrəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.
Hamımız bilirik ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur. Bu da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdır. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır.
Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə də Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

Ramsin Abdullayev,
Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi
Reytinq: