Heqiqet.Az » siyaset » Ulu öndər öz xidmətləri ilə Azərbaycan xalqının və tarixinin ən qüdrətli şəxsiyyətinə çevrildi


Ulu öndər öz xidmətləri ilə Azərbaycan xalqının və tarixinin ən qüdrətli şəxsiyyətinə çevrildi

27-11-2019, 07:06
Çap et
Ulu öndər öz xidmətləri ilə Azərbaycan xalqının və tarixinin ən qüdrətli şəxsiyyətinə çevrildi Xalqımızın çoxəsrlik dövlətçilik tarixinə adı qızıl hərflərlə yazılmış ümummilli liderimizin siyasi fəaliyyəti Azərbaycan və regionumuz üçün əhəmiyyət daşımaqla yanaşı, həm də beynəlxalq aləmdə mühüm təsir qüvvəsinə malik olmuşdur.
Heydər Əliyev öz xidmətləri ilə Azərbaycan xalqının və Azərbaycan tarixinin ən qüdrətli şəxsiyyətinə çevrildi. O, əsrlərlə yığıiıb qalmış problemləri həll etdi, böyük işləri, nəhəng fəaliyyəti ilə yadda qaldı, Heydər Əliyev apardığı mübarizəni qələbə ilə başa çatdıra bildi. Bu qələbə sayəsində Azərbaycanın müstəqilliyi təmin edildi, düşmən qüvvələr neytrallaşdırıldı, ölkənin gələcək inkişaf xətti müəyyənləşdirildi.
Qədim yunan alimi Arximed deyirdi: "Mənə istinad nöqtəsi verin, dünyanı məhvərindən çıxarım". Arximed belə bir istinad nöqtəsi tapa bilmədi. Amma xalqının inamına istinad edən Heydər Əliyev dizi üstə çökmüş bir ölkəni dirçəldib ayağa qaldıra bildi. 1993-cü ilin fırtınalı iyun günlərində Bakıya gəlib məsuliyyəti öz üzərinə götürərkən ulu öndər demişdir ki, bundan sonrakı ömrünü xalqına bağışlayır. Doğrudan da, belə oldu. Ümummilli liderimiz yalnız Vətəni və xalqı üçün yaşadı. Xalqa bağışlanan ömür isə heç vaxt unudulmur.
Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxaran ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətlənən ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz - bütün bunlar Azərbaycan həqiqətləridir.
Ermənistan-Azərbaycan, Daglıq Qarabağ münaqişəsinin həlli istiqamətində ən mühüm uğurlardan biri atəşkəsin əldə edilməsi olmuşdur. Belə bir faktı qeyd etməyə dəyər ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanmış və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. İndi ölkə iqtisadiyyatının sürətli inkişafında mühüm amilə çevrilmiş Heydər Əliyevin neft strategiyası böyük uğurla həyata keçirilir.
Ulu öndərimiz demişdir: "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olmuşdur". Bu sözlər, hikmətli kəlamlar kimi doğma torpağımızın gündən-günə çiçəklənib şöhrətlənməsinə, mübarizə yollarında inamla irəliləyən cəmiyyətimizin tərəqqisinə göstərilən tükənməz qayğının bariz ifadəsidir. Biz indi daha aydın başa düşürük ki, belə bir ideyanın sahibi tarixdə nadir hallarda yetişir.
O, həyatının son dəqiqəsinədək Vətəninin və xalqının taleyini düşünürdü. 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətdə təəssüflə bildirirdi ki, səhhətində yaranmış problemlər bir çox planlarını, nəticələrini aydın gördüyü işləri tamamlamağa imkan vermir. Onun Azərbaycanın gələcəyi ilə bağlı çoxlu planları, arzuları vardı. Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasında, millətini firavan və xoşbəxt xalqlar arasında görmək istəyirdi. Çox əfsuslar olsun ki, tale buna imkan vermədi.
Heydər Əliyev özündən sonra layiqli varis qoyub getdi, Böyük öndərimiz seçkilər ərəfəsində xalqa ünvanladığı müraciətində İlham Əliyevi dəstəkləməyə çağırır və əminliklə bildirirdi ki, onun axıra çatdırmağa macal tapmadığı taleyüklü məsələləri, planları xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək.
Bu inamın doğruluğunu həyat özü təsdiqləməkdədir. Ümummilli liderimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır, Azərbaycan öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyur. Bütün bu qazanılmış uğurların təməlində isə xalqımızın əbədiyaşar lideri məhz Heydər Əliyevin islahatlar siyasəti dayanır.

Çingiz Əkbərov,
Lənkəran şəhər 48 №-li Yol İstismar MMC-nin direktoru
Reytinq: