» » "Bu vaxtında atılan addımdır."-"Siz ... dövlət daxilində dövlət yaratmısınız"


"Bu vaxtında atılan addımdır."-"Siz ... dövlət daxilində dövlət yaratmısınız"

29-11-2019, 12:49
Çap et
"Bu vaxtında atılan addımdır."-"Siz ... dövlət daxilində dövlət yaratmısınız" Politoloq, milli təhlükəsizlik üzrə ekpert Rövşən Novruzoğlu Parlamentin buraxılmasına münasibətini bildirib

Azərbaycan Respublikasının Parlamentinin buraxılması vacib məsələlərdən biri olaraq beynəlxalq aləmin də diqqətini çəkdi. Artıq zaman öz sözünü dedi. Parlament kürsülərində yatan, heç bir fəaliyyəti olmayan deputat korpusunun üzvləri yaxşı olardı ki, özlərinə bir hesabat versinlər. Biz nə etmişik? Millət və seçicilər artıq xeyli xarici ölkə saytlarında bu suala cavab veriblər. Siz heç nə etməmisiniz. Siz sadəcə dövlət daxilində dövlət yaratmısınız. Azərbaycan Respublikası Prezidentinin yerlərdə başlatdığı islahatlara ancaq süni şəkildə, dekorativ şəkildə müxtəlif telekanallardan qoşulmusunuz.
Bu vaxtında atılan addımdır. Ümid edirəm ki, oliqarxlara qoşulan deputatların anti-Azərbaycan fəaliyyətinə, onların yaratdıqları “Kölgə dövlətinə” son qoyulacaq. Araşdırmalarla məlum olur ki, deputatların əksəriyyəti prezidentin son, məlum islahatlarını qəbul etmək istəmirlər.
Mən həm də üzümü Azərbaycanda akreditasiya olunmuş xarici ölkələrin deputat korpuslarına tutub sadəcə bir vətəndaş xəbərdarlığı edirəm: gecələr növbəti deputat seçkiləri üçün qəbul etdiyiniz şəxslərin üstündən qələm çəkin. Bu dəfə hər şeyi xalq özü müəyyənləşdirəcək və bununla da həm ölkə başçısına, həm də Birinci vitse-prezidentə dəstək olacaq.
Reytinq: