» » Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alınıb


Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alınıb

11-12-2019, 10:38
Çap et
Azərbaycana 5 kq narkotik keçirilməsinin qarşısı alınıb Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.
DSX-dan verilən məluamata görə, dekabrın 8-i Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Sütəmurdov kəndinin ərazisində DSX əməkdaşları tərəfindən özlərini şübhəli aparan "Mersedes-Benz Viano” markalı 99-SC-230 dövlət nömrə nişanlı avtomobildə olan iki nəfər saxlanılıb və üzərlərinə baxış zamanı ümumi çəkisi 4 kq 750 qram (3 kq "tiryək”, 1 kq "heroin”, 750 qr "metamfetamin” və 2680 ədəd "Metadon - 40” markalı həbb) narkotik vasitə aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1979-cu il təvəllüdlü Məmmədov Səyavuş Ramiz oğlu və 1977-ci il təvəllüd¬lü Abdullayev Fariz Şaban oğlu olmaları, S.Məmmədovun isə əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.
Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Reytinq: