Gürcüstanda 205 məscid GMİ-nin ixtiyarına verilib13-12-2019, 07:33
Çap et Bu barədə GMİ-nin 2019-cu ildəki fəaliyyəti ilə bağlı hesabat yığıncağında məlumat verilib. Qurani-Kərimin tilavəti ilə açılan tədbirdə GMİ-nin şeyxi hacı Ramin İgidov çıxış edərək il ərzində görülmüş işlər və proqramlar haqqında məlumat verib. Bildirib ki, son illər ölkədə bir neçə yeni məscid inşa, 34 məscid təmir olunub, bir neçə məscidin müəyyən ehtiyacları təmin edilib. GMİ nəzdində 4 sayt və iki internet televiziya fəaliyyət göstərir. Başa çatmaqda olan il ərzində 28 yeni kitab, müxtəlif qəzet, poster və jurnallar iri tirajlarda nəşr olunub. İdarə 70 məscidin təmənnasız təbii qazla təmin olunması üçün "SOCAR Georgia Gas” şirkəti ilə müqavilə imzalayıb. GMİ şeyxi çıxışı zamanı bəzi problemlərə də toxunub, əsasən məscidlərin tikintisi zamanı yaranan süni maneələrdən danışıb. GMİ-nin Şərqi Gürcüstan üzrə müftisi hacı Yasin Əliyev, Qərbi Gürcüstan müftisinin nümayəndəsi Cemal Adadze, Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı Sərxan İsmayılov, Türkiyə bu ölkədəki səfirliyinin din müşaviri Hacı Ahmed Erdem və başqaları şəxəş edərək müsəlman icmasına dövlətin diqqət və qayğısından, dövlət - din münasibətlərindən, ölkədə dinlər və məzhəblər arasındakı xoş münasibətlərdən danışıblar. Göstərilən diqqət, qayğı və dəstəyə görə Gürcüstan dövlətinə təşəkkür ediblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
