» » Tailandda yeni tip koronavirusa yoluxanların sayı artıb


Tailandda yeni tip koronavirusa yoluxanların sayı artıb

17-01-2020, 19:30
Çap et
Tailandda yeni tip koronavirusa yoluxanların sayı artıb Tailandda yeni tip koronavirusa ikinci yoluxma halı qeydə alınıb.
Bu virusa 74 yaşlı çinli qadın yoluxub.
Hazırda o karantinə alınıb. Bundan əvvəl, Tailandda Çindən gəlmiş daha bir qadında yeni koronavirus aşkar olunmuşdu.
Qeyd edək ki, dekabrın sonlarında Çinin Uhan şəhərində pnevmaniyaya səbəb olan yeni tip koronavirusun yayıldığı açıqlanmışdı. Bu günədək bu virusdan 2 nəfər ölüb, 40 nəfər isə müalicə olunur.
Bir neçə gün əvvəl isə həmin virus Yaponiyada qeydə alınıb.
Reytinq: