Bakıda hansı mənzillər daha çox bahalaşdı?6-02-2020, 16:11
Çap et Mövzu ilə bağlı münasibət bildirən daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov son üç ildə qiymətlərin 50 faiz bahalaşdığını söyləyib. Ekspertin sözlərinə görə, 250-550 manat arasında olan evlər ölkənin kirayə mənzil bazarının 60 faizini təşkil edir. Anar Nəsirov hazırda qiyməti 300 manatla 600 manat arasında olan mənzillərin daha çox bahalaşdığını deyib. O bildirib ki, pilot layihələr çərçivəsində sökülmüş mənzillərin sakinləri həmin evlərdə yerləşdiriliblər. Bu da qiyməti 300-600 manat arası olan kirayə evlərə tələbatı artırır və bazarda bahalaşmaya gətirib çıxarır. Anar Nəsirov həmçinin turistlərin də həmin evlərə daha çox maraq göstərməsinin qiymət artımına səbəb olduğunu bildirib. Ekspert bundan əlavə, 600 manatdan baha olan kirayə mənzillərə tələbatın az olmasından da danışıb. Pilot layihələrin yekunlaşması ilə kirayə mənzillərin təkrar bazara qayıdacağını deyən Anar Nəsirov, 2020-ci ilin sentyabrında qiymətlərin ucuzlaşacağını dilə gətirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
