"İntizamlı sahibkara güzəşt ediləcək, intizamsıza isə qapılar bağlanacaq" - İqtisadiyyat nazirindən xəbərdarlıq - VİDEO11-02-2020, 17:48
Çap et Konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə ölkəmizin iqtisadi inkişafı, vergi siyasətinin əsas istiqamətləri və aparılan islahatlar, vergi qanunvericiliyində və inzibatçılığında dəyişikliklər, onların iqtisadiyyata təsiri, şəffaflıq istiqamətində yeni çağırışlar, vergi orqanlarının sahibkarlarla yeni iş prinsipləri barədə danışıb. Nazir bildirib ki, ötən il iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, kölgə iqtisadiyyatının miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb. Mikayıl Cabbarov əlavə edib ki, şəffaf işləyən sahibkarla, kölgə iqtisadiyyatına meyl edən sahibkar arasında fərq qoyulacaq. İntizamlı vergi ödəyicilərinə güzəştlər və həvəsləndirici tədbirlər tətbiq edilməyə davam edəcək: "İntizamlı sahibkara qapımız açıqdır. Ancaq intizamlı olmayanlara bütün qapıları bağlayacağıq". Mikayıl Cabbarov iqtisadi sahədə 2020-ci il üçün qarşıda duran hədəflərdən də danışıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
