Bankomatdan pul çıxaran qadına qarşı soyğunçuluq etdi, yaxalandı - VİDEO14-02-2020, 15:42
Çap et Hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində baş verib. Zərərçəkmiş qadın polisə məlumat verib ki, naməlum şəxs onun çantasını soyğunçuluq yolu ilə ələ keçirib. Polis əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Bəhruz Muradovu saxlayıb. Saxlanılan zaman onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi heroin və marixuana da aşkar edilib. Qeyd edək ki, hadisə zamanı Bəhruz Muradov zərərçəkən qadının bankomatdan pul çıxardığını gördüyü üçün onu izləyib və içərisində 300 manatdan çox pul olan çantanı ələ keçirib. Saxlanılan şəxsin ətrafında keçirilən əlavə əməliyyat tədbiri zamanı onun Bayıl qəsəbəsi ərazisində açıq qalmış qapıdan avtomobilin salonuna daxil olaraq içərisində 2000 manat olan çantanı və daha bir mənzildən iki ədəd mobil telefon oğurladığı da məlum olub. Bəhruz Muradov ifadəsində həmçinin bir müddət paytaxtın müxtəlif yerlərində avtodayanacaqlarda işlədiyi və nəqliyyat vasitələri saxlayan sürücülərin ona xırdalamaq üçün verdiyi pul vəsaitlərini də ələ keçirdiyi etiraf edib. Faktlarla bağlı Bəhruz Muradov barəsində cinayət işi başlanıb, istintaq davam edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
