» » Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunacaq


Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunacaq

14-02-2020, 18:51
Çap et
Nəriman Nərimanovun 150 illik yubileyi qeyd olunacaq Prezident İlham Əliyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Reytinq: