» » Xəbərdarlıq: Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır - VİDEO


Xəbərdarlıq: Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır - VİDEO

14-03-2020, 22:28
Çap et
Xəbərdarlıq: Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır - VİDEO Koronavirus pandemiyası ilə əlaqədar ölkədə repetitor fəaliyyətinə də qadağa qoyulub. Artıq bununla bağlı bəzi müəllimlər abituriyentlərə xəbərdarlıq ediblər. Xüsusi rejim zamanı repetitor fəaliyyəti onlayn qaydada davam etdiriləcək.
Koronovirus təhlükəsinin qarşısını almaq məqsədilə repetitor fəaliyyətinə də qadağa qoyulub. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ötən gün Operativ Qərargahın keçirdiyi mətbuat konfransında "məktəblər bağlansa da, hələ də repetitor hazırlıqlarının davam etməsi" məsələsinə münasibət bildirərkən deyib.
İbrahim Məmmədov bu məqamda həm valideynləri, həm də müəllimləri məsuliyyətli olmağa çağırıb.
Repetitorluqla məşğul olan fizika-riyaziyyat müəllimi Səfər Məmmədovun sözlərinə görə, artıq bir neçə gündür ki, abituriyentlərə və onların valideynlərinə dərsə gəlməmələri ilə bağlı məlumat verilib.
Repetitorluqla məşğul olan müəllimlər deyirlər ki, universitetə hazırlaşan abituriyentlərin mövzulardan geri qalmamaları üçün dərslər onlayn qaydada keçiriləcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan qoyulan qaydaların icrasının məcburi olduğu xüsusilə vurğulanıb.

Reytinq: