Ali məktəblərə və kolleclərə ərizə qəbulu başlayır16-03-2020, 07:02
Çap et DİM-in bir müddət öncə yaydığı məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün (I – V qruplar) ərizə qəbulu 2020-ci il martın 16-dan aprelin 14-dək internet vasitəsiləaparılacaq. 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 16-dan aprelin 14-dək aparılacaq. Qaydalara görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər. Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu Ərizə qəbulu (I – V qruplar) 16 mart - 14 aprel Əvvəlki illərin məzunları üçün qəbul imtahanı – I-IV ixtisas qrupları üzrə I mərhələ və V qrup üzrə 26 aprel Qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçünəlavə imtahan 26 aprel Qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqlidildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) 26 aprel QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı) 11 may QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yaz imtahanı) 17 may Ərizələrində yaz imtahanında iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin yay imtahanında da iştirak etmək üçünqeydiyyatı 29 may - 12 iyun QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yay imtahanı) 28 iyun QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yay imtahanı) 10 iyul Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qeydiyyatı V qrup üzrə 14- 27 iyun I qrup üzrə 13 - 16 iyul Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qabiliyyət imtahanı V qrup üzrə 1 iyul – 5 avqust I qrup üzrə 21 - 24 iyul Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq” ixtisasını seçmək istəyən abituriyentlərin qeydiyyatı 22 – 26 iyul Azərbaycan İlahiyyat İnstitutunun "İslamşünaslıq” ixtisasını seçmək istəyən abituriyentlərin qabiliyyət imtahanı 27- 30 iyul "Jurnalistika” ixtisasını seçmək istəyən abituriyentlərin qeydiyyatı 22 - 26 iyul "Jurnalistika” ixtisasına seçmək istəyən abituriyentlərin qabiliyyət imtahanı 2 avqust İxtisas seçimi (V qrup üzrə- müvafiq komissiya üzrə qabiliyyət imtahanları başa çatdıqdan sonra) 24 iyul – 7 avqust Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 14 - 26 avqust Boş qalan yerlərə ixtisas seçimi 14 - 18 avqust Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 21 avqust - 2 sentyabr Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu Ərizə qəbulu 16 mart - 14 aprel QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) 26 aprel Qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan 26 aprel Qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqlidildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) 26 aprel Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qeydiyyatı 14- 27 iyun Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçməkistəyən abituriyentlərin qabiliyyət imtahanı 15- 25 iyul İxtisas seçimi 14 - 18 avqust Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrindəqeydiyyatı 21 - 31 avqust Boş qalan yerlərə ixtisas seçimi 3 - 6 sentyabr Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 8 - 14 sentyabr Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu Ərizə qəbulu 21 fevral - 11 mart QƏBUL İMTAHANI I mərhələ (əvvəlki illərin məzunları üçün) 29 mart Qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçünəlavə imtahan (I mərhələ) 29 mart Qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqlidildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) (I mərhələ) 29 mart QƏBUL İMTAHANI II mərhələ (əvvəlki illərin məzunları) 5 iyul Qəbul imtahanında buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə imtahan vermək istəyən cari ilin məzunları üçünəlavə imtahan (II mərhələ) 5 iyul Qəbul imtahanını buraxılış imtahanını verdiyi dildən fərqlidildə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan (Azərbaycan və ya rus dili üzrə) (II mərhələ) 5 iyul Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçmək istəyən abituriyentlərin qeydiyyatı 9 - 16 iyul Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları seçməkistəyən abituriyentlərin qabiliyyət imtahanı 18- 22 iyul İxtisas seçimi 24 iyul - 5 avqust Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrindəqeydiyyatı 10 - 21 avqust Boş qalan yerlərə ixtisas seçimi 27 avqust - 2 sentyabr Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 4 - 11 sentyabr Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət (Naftalan, Goranboy, Daşkəsən ,Mingəçevir, Şəmkir,Gədəbəy Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı, Bakı ş. üzrə xüsusi məktəblər) 21 iyun Ümumi (9 illik) orta bazasında II mərhələ (eksternat qaydasında imtahan verənlər üçün) 5 iyul Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət (Bakı, Naxçıvan MR, Şirvan) 5 aprel Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət (Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Ağstafa, Qazax, Tovuz, Samux, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Lerik, Biləsuvar, Ağsu,Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran) 12 aprel Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət (Naftalan, Goranboy, Daşkəsən ,Mingəçevir, Şəmkir, Gədəbəy Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Astara, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd,Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı, Bakı ş. üzrə xüsusi məktəblər) 19 aprel Tam (11 illik) orta təhsil bazasında (eksternat qaydasında imtahan verənlər üçün) 26 aprel Tam (11 illik) orta təhsil bazasında tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı 3 may Payız imtahanı (eksternat qaydasında imtahan verənlər üçün) 6 sentyabr Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
