Bakıda polis maşını yük avtomobili ilə toqquşdu: Altı nəfər xəsarət aldı7-04-2020, 08:58
Çap et Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsibaş verib.APA-nın məlumatına görə, gecə saatlarında Zabrat qəsəbəsində Səid Armziyad qardaşı Süleyman Armziyadla əlbəyaxa dava edib. Sabunçu Rayon Polis İdarəsinin hadisə yerinə gələn əməkdaşları hər iki şəxsi sərxoşluq testindən keçirmək üçün Post-Patrul Xidmətinin "Fiat” markalı avtomobili ilə müvafiq məntəqəyə apararkən qəza baş verib. 1985-ci il təvəllüdlü Daşqın Abbasovun idarə etdiyi "Fiat” maşını "Veysəloğlu” MMC-yə məxsus "Mercedes” markalı yük avtomobilinə çırpılıb. "Fiat” və yük avtomobili zərbənin təsirindən aşıblar. Nəticədə, "Fiat” maşınında olan D.Abbasov, polis əməkdaşı Bəhruz Qubadlı, S.Armziyad və qardaşı S.Armziyad ağır, "Mercedes” markalı yük avtomobilindəki iki nəfər - 24 yaşlı Elməddin Cəlilli və Aydın Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan altı nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsibaş verib.