Koronavirusla birgə mübarizə aparan 88 yaşlı cütlük pandemiyaya qalib gəldi7-04-2020, 09:12
Çap et İspaniyada 65 il birgə yaşayan cütlük eyni gündə koronavirusa qalib gələrək, xəstəxanadan evə buraxılıb.Elpais.com xəbər verir ki, 1955-ci ildə ailə həyatı quran Xose Prieto Serrudo və Qvadalupe Matas Ernandesin yeddi qız övladı var. 8 martda cütlük evliliklərinin 65 illiyini qeyd edib. Bir gün sonra isə Xose Prieto yüksək hərarətdən və şiddətli baş ağrılarından şikayət edərək, xəstəxanaya yerləşdirilib. Onun koronavirus testi müsbət çıxıb. Bir neçə gün sonra Qvadalupe Matas da koronavirusa yoluxub və onuhəyat yoldaşının müalicə aldığı xəstəxanaya yerləşdiriblər. Xəstəxananın qaydalarına görə, müalicə alan şəxslərin ayrı palatalarda yatması tələb olunsa da, cütlüyün bir yerdə qalmasına icazə verilib. Birlikdə COVID-19-la mübarizə aparan ər-arvad pandemiyaya qalib gələrək, eyni gündə evə buraxılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

İspaniyada 65 il birgə yaşayan cütlük eyni gündə koronavirusa qalib gələrək, xəstəxanadan evə buraxılıb.