Bu şəxslərə də xüsusi karantin rejimi müddətində aylıq təqaüd veriləcək8-04-2020, 12:31
Çap et Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin yeni Qərarı bu məqsədə xidmət edən növbəti addımdır. Qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Beləliklə, onlara əlilliyə görə təyin olunmuş aylıq müavinətin və ya pensiyanın, habelə onlardan 1-ci dərəcə əlilliyi olanlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunmuş aylıq təqaüdün ödənişi də xüsusi karantin rejimi müddətində davam edəcək. Həyata keçirilən bu sosial müdafiə tədbiri əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial hüquqlarlının təminatı və rifahının dəstəklənməsi sahəsində aparılan işlərin hazırkı xüsusi karantin rejimi müddətində də davam etdirildiyini göstərir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
