» » Bakıda icazəli çörək daşıyan sürücü cərimə edilib


Bakıda icazəli çörək daşıyan sürücü cərimə edilib

14-04-2020, 10:19
Çap et
Bakıda icazəli çörək daşıyan sürücü cərimə edilib Çörək daşıyan avtomobilin sürücüsünə yol polisi karantin rejmi qaydasını pozduğu üçün cərimə yazıb. Halbuki, sürücünün bu müddətdə şəhərdə mağazalara zəruri ərzaq hesab edilən çörək aparması üçün icazə arayışı var.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtda fəaliyyət göstərən çörək zavodlarından birinin sürücüsü Yəhya Sultanovun başına gəlib.
Zavodun direktoru Söhrab Cabbarov iddia edir ki, bütün sürücüləri ilə müqavilə bağlayıb və onlara bu dönəmdə şəhərdə fəliyyət göstərmələri üçün arayış veriblər. Hətta elektron qaydada da icazə alıblar.
Sürücü bu barədə zavod rəhbərliyinə məlumat verən kimi onlar həmin yol polisi ilə əlaqə saxlayıblar. Polis əvvəlcə bildirib ki, sürücüyə avtomobildə pərdədən istifadə etdiyi üçün cərimə tətbiq edilib. Amma onlar protokola baxarkən müəyyən ediblər ki, yol polisi İnzibati Xətalar Məcəlləsinin 211-ci, yəni karantin qaydasını pozduğu üçün 100 manat cərimə yazıb. Buna görə zavod direktou dərhal ''102'' xidmətinə məlumat verib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov ''Xəzər Xəbər''ə bildirdi ki, bununla bağlı sürücü idarəyə müraciət etməlidir. Bu müraciət əsasında araşdırma aparılacaq. Əgər həqiqətən də sürücünün qaydaları pozmadığı təsdiqini tapsa, onun barəsində tərtib edilmiş protokol ləğv ediləcək.
Reytinq: