» » Uçan motosiklet hazırlamaq üçün evini satdı - VİDEO


Uçan motosiklet hazırlamaq üçün evini satdı - VİDEO

29-04-2020, 12:52
Çap et
Uçan motosiklet hazırlamaq üçün evini satdı - VİDEO Çinin Hunan bölgəsində yaşayan mühəndis Zhao Deli uçan motosiklet hazırlayıb. Bunun üçün 2 il boyunca çalışan mühəndis 1560-cı cəhdində uğurlu olub.
Uğurlu bitən sınağın ardından yerə enən Z.Deli 1560-cı cəhdindən sonra xəyalının gerçəkləşdiyini bildirib. O, bu layihəni həyata keçirə bilmək üçün evi satmaq məcburiyyətində qaldığını deyib.
Onun hazırladığı motosiklet 8 pərdən ibarətdir və 50-100 kiloqram yük qaldıra bilir. Maksimum sürəti isə saatda 44 kilometrdir.

Reytinq: