Bakıda ağacların dibləri betonlanıb - Nazirlik hadisə yerində29-04-2020, 10:15
Çap et Hadisə paytaxtın Xanlar küçəsində qeydə alınıb. Adıçəkilən küçədə naməlum şəxslər bir neçə iri gövdəli ağacın diblərinə beton tökərək onları məhv etməyə çalışıblar. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə açıqlama verilib. Qurumun mətbuat katibi İradə İbrahimova bildirib ki, nazirlik bu hadisədən məlumatlıdır: "Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları hazırda sözügedən ərazidədirlər və araşdırma aparılır. Yaxın saatlarda araşdırmanın yekunu ilə bağlı açıqlama veriləcək". Qeyd edək ki, həmin əraizdə yaşan sakinlər bildirirlər ki, hadisəni Xanlar küçəsində yeni tikilən binada işləyən şəxslər ediblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
