Heqiqet.Az » sehiyye » Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı


Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı

1-05-2020, 17:58
Çap et
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqladı Ümumdünya Səhiyyə Təşkilatı Azərbacyandakı vəziyyəti mütəmadi olaraq diqqətdə saxlayır. Təşkilatın Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı vətəndaşlarımızı diqqətli olmağa çağırıb. O əks halda ikinci dalğanın ola biləciyini deyir.
Mərhələli şəkildə karantin rejimindən çıxmaq üçün işlər görülür. Ancaq yenə də ehtiyatı əldən vermək olmaz. Çünki koronavirus yenidən alovlana bilər".bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn brifinqdə deyib.
Hande Harmancının sözlərinə görə,bütün xəstəxanalarda virusa yoluxan şəxslərin sayı ciddi şəkildə azalma müşahidə olunur.Lakin ikinci dalğanın olması halı istisna olunmur.
Hande Harmancı əhalini çölə çıxdıqda sosial məsafəni qorumağa, əllərin tez-tez yuyulmasına, xəstə olan halda evdən çıxılmamasını tövsiyyə edib.O karantin q aydalarının yumşaldılmaısnın müsbət və ya mənfi təsiri olacağının yaxın günlərdə bilincəytini bildirib.
Hande Harmancı Avropa ölkələrində uşaqlar arasında yayılan kavasaki virusunun koronavirusun tərkib hissəsi olması məsələsinin araşdırıldığını bildirib.
Reytinq: