» » Almaniyalı futbolçu ilk məşqində ciddi zədə aldı


Almaniyalı futbolçu ilk məşqində ciddi zədə aldı

11-05-2020, 15:19
Çap et
Almaniyalı futbolçu ilk məşqində ciddi zədə aldı Almaniya milli komandasının və "Volfsburq” klubunun müdafiəçisi Yannik Gerhardt koronavirus pandemiyasından sonra ilk məşqində ciddi zədə alıb.
Futbolçu üz sümüklərindən birini sındırıb.
26 yaşlı Y.Gerhardtın meydanlara nə zaman qayıdacağı məlum deyil.
Qeyd edək ki, pandemiya ilə əlaqədar təxminən iki aylıq fasilədən sonra futbol üzrə Almaniya çempionatı mayın 16-da bərpa olunacaq.
Reytinq: