Gənclər təşkilatlarının fəaliyyəti ilə bağlı onlayn konfrans keçirilmişdir12-05-2020, 17:56
Çap et Konfransda parlamentin Sədr müavini Adil Əliyevlə yanaşı Milli Məclisin deputatları Kamal Cəfərov, Elnur Allahverdiyev, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə və Ramin Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, habelə Milli Məclis Aparatının əməkdaşları iştirak edirdilər. İclası giriş sözü ilə açan Adil Əliyev iştirakçıları salamlayaraq onlara konfransın işindəuğurlar arzuladı. O,koronavirus pandemiyasının (Covid 19) bütün dünyanı iflic etsə də, xəstəliyin Azərbaycanda yarada biləcək fəsadları ölkə Prezidentininsəyləri nəticəsində minimuma endirilməsindən danışdı.Adil Əliyev ölkəmizdə tibbi maska istehsal edən müəssisə və mobil xəstəxanaların açılmasına diqqət çəkərək Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizə təcrübəsinin digər ölkələrə də tövsiyə etməsi faktını vurğuladı. Sədr müavini gənclər və könüllülər siyasətinin daim dövlətin diqqət mərkəzində olmasını, könüllülərdən istifadə edilməsinin vacibliyini qeyd etdi, post pandemiya dövründə könüllülər və gənclərlə bağlı görüləcək işlər barədə fikirlərini bölüşdü, onları müzakirələrdə fəal iştirak etməyə dəvət etdi. Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Regional İnkişaf İctimai Birliyi, “Bir” tələbə könüllü proqramı, Tələbə Gənclər Təşkilatı İttifaqı, Asan könüllüləri, Miqrasiya könüllüləri, Aqrar könüllülər, Elsa, Avropa Gənclər Parlamenti, Böyük İpək Yolu, Gənc Müəllimlər Assosiasiyası, Gənclər Təşkilatı Milli Şurasının rəhbərləri təmsil etdikləri qurumların gördükləri işlər barədə məlumat verdilər. "Könüllülər ili" çərçivəsində görüləcək işlər barədə aparılan müzakirələrin sonunda bu sahədə görülən işlərin genişləndirilməsi məqsədilə Bəyannamə qəbul edilmişdir. BəyannamədəAzərbaycan Prezidentinin2019-cu il 30 dekabr tarixli Sərəncamında nəzərdə tutulmuş tövsiyələrə uyğun gənclərin potensialının düzgün dəyərləndirilməsinin vacibliyi qeyd edilib. Sənəddə könüllülərinkoronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkməsi və onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərilməsi ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanmasının zəruriliyi qeyd edilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
