» » Bakıda polis əməliyyat keçirib - saxlanılanlar var


Bakıda polis əməliyyat keçirib - saxlanılanlar var

14-05-2020, 10:15
Çap et
Bakıda polis əməliyyat keçirib - saxlanılanlar var Bakıda narkotik alveri ilə məşğul olan şəxslər aşkar edilib.
Hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Daxil olan məlumat əsasında Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakinləri 1996-cı il təvəllüdlü E.Hacıəliyev və əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü R.Şammədov saxlanılıblar.
Üzərinə baxış zamanı E.Hacıəliyevdən 1,282 qram metamfetamin, 1,07 qram marixuana, R.Şammədovdan isə 1,892 qram metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Reytinq: