» » ÜST koronavirusla bağlı ŞAD XƏBƏRİ ELAN ETDİ: İlin sonunadək...


ÜST koronavirusla bağlı ŞAD XƏBƏRİ ELAN ETDİ: İlin sonunadək...

22-05-2020, 10:59
Çap et
ÜST koronavirusla bağlı ŞAD XƏBƏRİ ELAN ETDİ: İlin sonunadək... "Koronavirusa qarşı vaksinlə bağlı 100-dən çox iş görülür. 8 vaksin insanlar üzərində yoxlanılmağa başlayıb”.
Bunu "REACT-C19” layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib:
"Ümidvarıq ki, bunlardan bir-ikisi bu ilin axırına qədər istifadə edilə biləcək hala gələcək. Azərbaycanda karantin rejimi yumşaldılır, amma o demək deyil ki, virus yoxdur. Hamı əl gigiyena, respirator gigiyena və fiziki məsafəyə əməl etməlidir ki, peyvəndə qədər özümüzü qoruyaq”.
Reytinq: