» » Karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik


Karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik

22-05-2020, 11:07
Çap et
Karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik Azərbaycanda koronavirusa yoluxma və sağalma dinamikası bu şəkildə davam etsə, iyun ayında karantin rejimi ləğv edilə bilərmi?
Bununla bağlı sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, karantin rejiminin ləğvi barədə danışmaq tezdir:
"Sadəcə,yumşaldılması və uzadılması mümkündür. Çünki bu hal dünyəvidir. Biz karantin rejimini ləğv etsək də, sərhədləri aça bilməyəcəyik.
Ümumiyyətlə, sərhədlərin açılması bizim maraqlarımıza uyğun deyil. Çünki bu virusa tutulan insan ölkəmizə gələrək yenidən koronavirusun Azərbaycanda alovlanmasına səbəb ola bilər. Bu baxımdan da biz daxildə karantin rejimini yumşalda və ya sərtləşdirə bilərik.
Karantin rejiminin ləğvi qeyri-sağlam addımdır. Biz bunu qorumalıyıq. Əgər bu gün yollar bağlıdırsa, bu, insanlarımızın sağlamlığının xeyrinədir. Amma müəyyən məsələlərdə yumşalma barədə düşünmək olar".
Reytinq: