» » Əməkdar artist: “Elə bildim, nəfəsim geri qayıtmayacaq”


Əməkdar artist: “Elə bildim, nəfəsim geri qayıtmayacaq”

4-06-2020, 15:31
Çap et
Əməkdar artist: “Elə bildim, nəfəsim geri qayıtmayacaq” "11 gündür M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasındamüalicə olunuram. İki dəfə koronavirusla bağlı analiz götürülüb. İlk gündə və bu gün verdiyim testin nəticələri neqativ çıxıb. Ağciyərlərimdə sətəlcəm aşkarlandığı üçün dərmanlar qəbul edirəm, təkrar rentgendən keçəcəyəm. Sağlamlığımda heç bir problem aşkar edilməsə, yaxın 3-4 gün ərzində evə buraxılacağam”.
Bu sözləri Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.
Sənətçixəstəxanaya düşdüyü ilk günlərdə yaşadıqlarını belə nəql edib:
"Bir gün reanimasiyada oldum. Elə bildim ki, nəfəsim bir daha geri qayıtmayacaq. Bu təhlükəli və acınacaqlı anı yaşadım. Şəkərim 60 vahidə düşdü. Bir tərəfdən şəkərim, bir tərəfdən də ürəyimdəki problemlər... Xəstəliklərim birdən-birə baş qaldırdı. Xəstəxanada yoluxanların əksəriyyəti süni tənəffüs aparatına qoşulub. Burada vəziyyət həqiqətən ciddidir.
Ailəmlə görüşə bilməsəm də, onlarla mütəmaditelefonla əlaqə qururam. Şükürlər olsun ki, onlardan götürülən test nümünələrinin nəticələri də mənfi çıxıb”.
S.Əliyev xüsusilə gənclərin virusa laqeyd yanaşdıqlarını, onların potensial daşıcıya çevrilərək, təhlükə saçdığını söyləyib.
"Palatalarkoronaviruslu xəstələrlə tamdoludur. Hətta ötən gün koronavirusa yoluxmuş xəstələri klinikaya qəbul etmədilər. Çünki boş yer yoxdur.Vəziyyət olduqca gərgin və ciddidir.
Redaksiyanız vasitəsi ilə üzümü gənclərə tutub deyirəm ki, siz yaşlı insanları özünüz də bilmədən yoluxdura bilərsiniz. Cavanların immun sistemi güclüdür. Zənn edirlər ki, belə olduğu təqdirdə koronavirusa yoluxa bilməzlər. Lakin bu, doğru düşüncə deyil. Koronavirusa yoluxaraq, xəstəliyin daşıyıcısına çevrilirsən. Hansısa xəstəlikdən əziyyət çəkən bir şəxsin yanında olub, təmasa girsən, bilmədən onu da yoluxduracaqsan. Bu kimi xırda, lakin olduqca vacib məsələləri gənclər dərk etməlidir.
İnsanlar buna laqeyd yanaşırlar. Elə bilirlər ki, koronavirus yoxdur. Ammaxəstəxanadakı vəziyyətin necə ağır olduğunu görsələr, bəlkə onda baş verənləri doğru anlayarlar. Burada körpə övladlarını üç aydır ki, görməyən həkimlər var.
Yoluxmanın sayının artığını görən həkimlərin vəziyyəti daha da gərginləşir. Onların tək istəyi xəstəliyin bitməsi və yenidən ailələrinə qovuşmaqdır.
Operativ qərargahın son addımını alqışlayıb, yüksək qiymətləndirirəm. Türkiyə kimi böyük dövlət bayram günlərində üç günlük ciddi karantin rejimini tətbiq etdi. Ölkəmizdə də bu cür qərarın verilməsi doğrudur”.
Reytinq: