Heqiqet.Az » siyaset » DSX-dən ermənilərə SƏRT CAVAB: "Geri çəkilməmişik"


DSX-dən ermənilərə SƏRT CAVAB: "Geri çəkilməmişik"

6-06-2020, 09:05
Çap et
DSX-dən ermənilərə SƏRT CAVAB: "Geri çəkilməmişik" İyunun 4-də Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvə­lərinin Ermənistanın şimal-şərqində Azərbaycanla dövlət sərhə­dində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib.
Bununla əlaqədar Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermə­nistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermə­nistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş möv­qeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir.
Əksinə, Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb.
Reytinq: