“Vəziyyət çox pisdir" - Toysuz qalan müğənnilər indi necə dolanırlar? - SORĞU18-06-2020, 10:31
Çap et Lent.az bu vəziyyətlə bağlı ölkənin bir neçə tanınmışına müraciət edərək, sözügedən qadağaların onların maliyyə vəziyyətinə təsir edib-etmədiyi ilə bağlı maraqlanıb. Müğənni Nazənin Salayeva deyir ki, bu vəziyyətin onun büdcəsinə təsiri yoxdur “Mən sırf toylarla dolanan müğənni deyiləm. Həyat yoldaşım çalışır və evin bütün xərclərini o qarşılayır. Təkcə indi yox, ümumiyyətlə, oxumadığım, toya getmədiyim günlər çox olub. Bu müddətlərin hamısında da evi dolandıran həyat yoldaşım olub. Bütün bu olanların mənə adiyyatı yoxdur. İstər oxuyum, istər oxumayım, eynidir. Əvvəldən işimi elə qurmuşam ki, taleyim toylardan asılı deyil”. Tanınmış ifaçı Damla da həmkarı ilə eyni fikirdədir “Azərbaycanda bəlkə də yeganə müğənniyəm ki, toyların başlamasını səbirsizliklə gözləmirəm. Başlasa, lap gözəl olar. Amma bütün gün oturub toy olmadığını, niyə olmadığını, bundan sonra necə olacağını fikirləşmirəm. Əvvəllər oxumuşuq. Bu günümüzə şükür. Heç bir yatırımım yoxdur. Əlavə qurduğum iş, yaxud da biznesim də yoxdur. Gəlirim həmişə ifaçılıqdan olub. Reklamlar və Instaqram səhifəmdə olan paylaşımlardan, sosial şəbəkələrdən az miqdarda gəlir var. Yaranan maddi problemlərimi bunlarla həll edirəm”. Müğənni Ayaz Qasımov isə vəziyyətdən gileyləndi “Təbii ki, büdcəyə pis, hətta çox pis təsir edib. Başqa gəlir yerim də yoxdur. Hətta olsaydı belə, bu ümumi problem olduğuna görə, yenə də çətinlik yaradırdı. Büdcəni tənzimləmə məsələsinə gəldikdə, mən də bütün müğənnilər kimi hərəkət edirəm. Hesab edirəm ki, əsas can sağlığıdır”. Rəqqasə Renka deyir ki, heç bir gəliri yoxdur “Vəziyyət çox pisdir. Gəlirim də yoxdur. Bu bir yana qalsın, heç bizi anlayan da yoxdur. Hamı elə bilir ki, bizim pulumuz çoxdur. Amma elə deyil. Güclə dolanırıq. 3 uşaqla, gəlir yeri olmadan dolanmaq çətindir. Qarşıdan da məhərrəmlik ayı gəlir”. Müğənni Nadir Qafarzadə: "Toylardan təkcə biz yox, bir çox insan çörəkpulu qazanır" “Müğənni var ki, 10 il oxumasa da, yığdığı var-dövlət ona bəs edəcək. Müğənni də var ki, 10 gün oxumasa, acından öləcək. Təkcə müğənnilər yox, bir çox adamlar belə vəziyyətdədir. Hazırda heç bir gəlirim yoxdur. Hərdən həyat yoldaşım deyir ki, vaxtında bir biznes qurmadın. Belə baxanda, bizneslə məşğul olsaydım da, eyni vəziyyət yaranacaqdı. Bu gün insanlar əllərində olan pulu verib heç nə almaq istəmir. Sabah nə olacaq, heç kim bilmir. Bu vəziyyət nə qədər davam edəcək, hər kəs xəbərsizdir. Həyata olan ümid kəsilib. Mart ayından başlayaraq toylar yoxdur. Artıq 4 aydır. Əlimizdəki pulu da camaatla bölüşdük. Çünki insanların buna ehtiyacı var idi. Artıq olan da qurtardı. Pul yerdən çıxmır. Ardı gəlmir. Əsas odur ki, övladlarıma təhsil vermişəm. Özümə, övladlarıma ev və maşın ala bilmişəm. Hələ gücüm də var. İşdən qorxan adam deyiləm. Vaxtı ilə fiziki işdə də işləmişəm. Yenə də işləyərəm”. Sonda onu da qeyd edək ki, toyların olmaması təkcə sənət adamlarının maddi durumuna yox, bir çox sahələrə mənfi təsir edir. Yəni, toylardan, sadəcə yalnız musiqiçilər qazanmır. Bu sektor, mağazaları, gözəllik salonlarını, gül-dekor xidmətini, şirniyyatı, aşpazları, fotoqrafları, videoqrafları, xidmət sektorunu, avtomobil icarəçilərini, dərziləri, geyim dükanları, ziynət əşyaları satanı, elektronika malları da daxil olmaqla böyük bir ölkəni işlə təmin edən sistemdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
