» » Türkiyə səfirliyi Vyanada PKK tərəfdarlarının nümayişinə sərt etirazını bildirib


Türkiyə səfirliyi Vyanada PKK tərəfdarlarının nümayişinə sərt etirazını bildirib

29-06-2020, 16:11
Çap et
Türkiyə səfirliyi Vyanada PKK tərəfdarlarının nümayişinə sərt etirazını bildirib PKK terror təşkilatının və tərəfdar qrupların ötən həftə Vyanada təşkil etdiyi nümayişlər və Avstriya hökumətinin bu vəziyyətə münasibəti Türkiyənin bu ölkədəki səfirliyi tərəfindən etirazla qarşılanıb.
Səfirlik Türkiyə Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatını da yayımlayıb. Bəyanatda bildirilir ki, Vyanada PKK terror təşkilatı və onun tərəfdarları tərəfindən bir neçə gün ərzində aksiyaların keçirilməsi terrora qarşı mübarizəyə göstərilən qeyri-səmimiliyin növbəti təzahürüdür.
Avstriya rəsmi qurumlarının bu aksiyalara icazə verməsi Türkiyə tərəfinin yaydığı bəyanatda tənqid olunub: "Bu aksiyalar vasitəsilə PKK terror təşkilatının təbliğatına icazə verilməsi, terror təşkilatının simvollarının istifadəsinə göz yumulması və ölkəmizin hədəfə alınması əsla qəbul edilə bilməz”.
Xüsusilə vurğulanıb ki, Türkiyənin sərhədləri daxilində və xaricdə terrora qarşı qətiyyətli mübarizədə əldə etdiyi konkret nəticələrin önəmi bu mənzərə qarşısında daha aydın anlaşılır. Türkiyənin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ağır vəziyyətə düşən PKK-ya dəstək vermək üçün edilən bu səylər nəticəsiz qalacaq.
Bəyanatda Avropa İttifaqı tərəfindən terror təşkilatı olaraq tanınan PKK ilə mübarizə aparılması və mövzunun populist siyasət üçün alətə çevrilməməsi barədə Avstriyanın rəsmi qurumlarına çağırış edilib. Qeyd edilib ki, PKK-ya bağlı qrupların Vyanadakı nümayişləri və Avstriya təhlükəsizlik qüvvələrinin türk gənclərinə qarşı güc tətbiqi barədə narahatlığı ifadə etmək üçün Avstriyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılacaq.
Reytinq: