» » Daha 3 partiya qeydiyyatdan keçdi


Daha 3 partiya qeydiyyatdan keçdi

1-07-2020, 10:27
Çap et
Daha 3 partiya qeydiyyatdan keçdi "Son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib".
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb. Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.
Reytinq: