» » “Roskosmos”un baş direktoru: “Safronovun gizli məlumatlara çıxışı olmayıb”


“Roskosmos”un baş direktoru: “Safronovun gizli məlumatlara çıxışı olmayıb”

8-07-2020, 10:58
Çap et
“Roskosmos”un baş direktoru: “Safronovun gizli məlumatlara çıxışı olmayıb” "Roskosmos”un baş direktorunun dövlətə xəyanətdə ittiham olunaraq saxlanılan müşaviri İvan Safronovun gizli məlumatlara çıxışı olmayıb.
Bunu "Roskosmos"un baş direktoru Dmitri Roqozin TASS-a açıqlamasında bildirib.
"Ay yarım bundan əvvəl o, "Roskosmos”un fəaliyyətini işıqlandırmaq üçün dəvət olunub. Onun gizli məlumatlara çıxışı olmayıb”, - deyə D. Roqozin vurğulayıb.
Baş direktor onu da qeyd edib ki, illər ərzində İ. Safronovu mövzunu dərindən bilən jurnalist kimi tanıyıb: "Onun yüksək peşəkarlığına şübhə etməmişəm”.
Xatırladaq ki, bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) "Roskosmos” baş direktorunun müşaviri İ. Safronovun saxlanılması barədə məlumat yayıb. Məlumatda İ. Safronovun NATO-nun xüsusi xidmətinə işlədiyi, Rusiyanın hərbi-texniki əməkdaşlığı, müdafiə və təhlükəsizliyi ilə bağlı dövlət sirri daşıyan məlumatları qarşı tərəfə ötürdüyü bildirilib.
Reytinq: