» » [img=left]https://capar.info/uploads/posts/2020-07/1595836227_1.jpeg[/img]


[img=left]https://capar.info/uploads/posts/2020-07/1595836227_1.jpeg[/img]

27-07-2020, 10:52
Çap et
[img=left]https://capar.info/uploads/posts/2020-07/1595836227_1.jpeg[/img] Bakıda karantin rejimi qaydalarını pozan şəxs həbs edilib.
APA-nın əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
Xətai Rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Qərardan narazı qalan vəkil apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Reytinq: