» » İmmuniteti gücləndirən, virusdan qoruyan sink necə qəbul olunmalıdır?


İmmuniteti gücləndirən, virusdan qoruyan sink necə qəbul olunmalıdır?

29-07-2020, 08:31
Çap et
İmmuniteti gücləndirən, virusdan qoruyan sink necə qəbul olunmalıdır? COVID-ə qarşı mübarizədə, ümumiyyətlə, immunitetin gücləndirilmədi üçün sink preparatları da tövsiyə olunur. Koronavirusa yoluxan, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlara evdə müalicə almaq üçün dövlət tərəfindən dərman preparatları arasında sink preparatı da var. Sink preparatları nəyə görə istifadə olunmalıdır? Onların hansı faydaları var?
Həkim-pediatr Aytən İsmayılzadənin bununla bağlı açıqlamasını təqdim edir:
“Hazırda tövsiyə edilən sink miqdarı 25 mg-dır. Evlərə təşkil edilmiş dərman qutusuna “Zinkorot” qoyub. Amma bu o demək deyil ki, ancaq “Zinkorot” olar, başqası olmaz. Belə deyil. Əlbəttə, “Zinkorot” yaxşıdır. Ən azından içərisindəki təmiz sink maddəsinin miqdarı üzərində yazılıb. Tərkibində sink orotat şəklində 157 mg-dır. Bunun 25 mg-ı isə təmiz sinkdir. Başqa biri də var: “Poversink” onun tərkibində sink-qlukonat birləşməsi 126 mg, təmiz sink isə 15 mg-dır. Yəni bundan da 1,5 tablet istifadə etmək olar. “Sambovin” kompleks vitamini tərkibində də 25 mg sink var.
İndi əsas nəyə diqqətinizi çəkmək istəyirəm? Satışda bəzi sink preparatları da var ki, üzərində Zn 50 mg və ya Zn 70 mg yazılır. Bu rəqəmlər preparatin tərkibində təmiz sinkin miqdarını göstərmir. Çunki bizim gundəlik tələbatımız adi vaxtda maksimum 15 mg-dır. Uşaqlar uçun bu rəqəm 3-5 mg-dır. Əsas maddənin nə qədər olmasına fikir vermək lazımdır. Bu isə həmişə göstərilmir. Məsələn, idmançılar uçun mağazalarda sink preparatları umumi maddə hesabı ilə göstərilir və böyuk rəqəm ilə müştəri cəlb etməyə yönəlir.
Bəzi preparatların üzərində 50 mg yazılsa da, qutunun arxasinda təmiz sink maddəsinin cəmi 10 mg olduğunu, 50 mg isə sink-aspartat birləşməsi olduğunu görürük. Əlbəttə, bu 10 rəqəmi qutunun üzərində olsaydı, müştəri cəlb etmək çətin olardı.
Sinkin faydalarına gəlincə, sink immunitetə dəstək verir, T-killer (cəllad) adlı immun huceyrələri aktivləşdirir, güclü antioksidantdır, insulin hormonu sintezinde iştirak edir, boy hormonu sintezinde iştirak edir, kişi cinsi hormonların sintezində iştirak edir, qanyaranmada iştirak edir, zob hormonlarının hasilində iştirak edir, bağırsaq divarının bərpası uçun lazımdır ki, bu da bizə digər vitaminlərin sorulması uçun vacibdir.
Bundan başqa, bağırsaq immunitetinə musbət təsir göstərir, dırnaq və saçların keratin zulalı sintezi uçun lazımdır, gözlər uçun faydalıdır, triptofandan serotonin sintezinde iştirak edir, serotonindən də melatonin yaranır, bu da yenə immunitetə dəstək deməkdir”.
A. İsmayılzadə onu da bildirib ki, COVID zamanı xarici həkimlər tərəfindən melatonin istifadəsi də məsləhət görulur. Bəzi həkimlər immunitetə dəstək üçün yüksək doza vitamin C və melatonin məsləhət görüb: “Beləliklə, görürük ki, sink bir element olaraq hər bir hissəmiz üçün lazımdır. Bəzi sink defisiti olan ölkələrdə kütləvi istifadə edilən ərzaqlar sinkləşdirilir, məsələn, bizdə duz yodlaşdırıldığı kimi. Bizim mətbəximizdə isə paxlalılar (noxud, lobya) yarmalar, çərəzlər həmişə var, və onlar sink mənbəyidir. Doğru qidalanma ona görə vacubdir. İndi bu sinki də, başqa vitaminləri verməkdə də məqsəd insan adlı bioloji maşının mühərrikinin yağını, benzinini yaxşısından etməkdir ki, o hələ uzun muddət cəmiyyətə xidmət edə bilsin”.
Reytinq: