» » Həbib Nurməhəmmədov - Castin Qetji döyüşünün vaxtı açıqlandı


Həbib Nurməhəmmədov - Castin Qetji döyüşünün vaxtı açıqlandı

29-07-2020, 08:31
Çap et
Həbib Nurməhəmmədov - Castin Qetji döyüşünün vaxtı açıqlandı Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla müvəqqəti çempion Castin Qetji arasında döyüşün vaxtı müəyyənləşib.
Bunu UFC prezidenti Deyna Uayt açıqlayıb.
O bildirib ki, döyüş oktyabrın 24-də baş tutacaq. Bir müddət öncə görüşün Abu-Dabidə təşkil olunacaq UFC-254 çərçivəsində keçiriləcəyi iddia olunurdu.
Həbib – Qetji qarşılaşması sentyabrın 19-da baş tutacaq UFC-253 çərçivəsində planlaşdırılırdı. Lakin rusiyalının atası və məşqçisi Abdulmanap Nurməhəmmədovun ölümünə görə döyüş təxirə salınıb.
Reytinq: