» » Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO


Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO

4-08-2020, 12:30
Çap et
Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO Duzunun koronavirusa dərman olduğu iddia edilən göl bərbad vəziyyətə salınıb.
"Sputnik”in məlumatına görə, söhbət Qazaxıstanın şimalında yerləşən Kobeytuzdan gedir.
Əvvəllər gözəl mənzərə üçün bura gələn insanlar artıq duz toplamağa və onu koronavirus üçün dərman kimi satmağa gəlirlər. Çəhrayı rəngi ilə hər kəsi heyran qoyan gölün duzla örtülü dibində artıq qara dəliklər yaranmağa başlayıb.
Ekoloqlar həyəcan təbili çalırlar. Ekspertlərin fikrincə, gölün əvvəlki vəziyyətinə qayıtması üçün azı 15 il vaxt lazımdır.
Reytinq: