» » Polis təqibindən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil olub


Polis təqibindən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil olub

6-08-2020, 11:03
Çap et
Polis təqibindən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil olub ABŞ-ın Florida ştatında polis Prezident Donald Trampın malikanəsinin ərazisinə silahla daxil olmuş 3 yeniyetməni saxlayıb.
Həmin yeniyetmələr polis təqibindən qaçarkən təsadüfən D.Trampın Mar-a-Laqo malikanəsinə daxil olublar.
Qeyd olunur ki, polis helikopterlər vasitəsilə onları aşkar edib. Yeniyetmələrin üzərində olan çantadan AK-47 avtomatı və patronlar aşkar edilib.
İnsident baş verən zamanı Prezident və ailəsi malikanədə olmayıb.
Reytinq: