Səfir Eldar Həsənov tutulub - DTX14-08-2020, 06:53
Çap et ![]() Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər veririk ki, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilmişdir. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulmuşdur. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|