ATƏT Dağlıq Qarabağda keçirilən "seçkilər"i tanımır4-09-2015, 16:03
Çap et Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı ATƏT-in mövqeyi dəyişməz olaraq qalır.Bu barədə APA-ya ATƏT-in mətbuat xidmətindən işğal olunmuş Azərbaycan ərazisində separatçı rejimin “yerli özünüidarə orqanlarına seçkilər” keçirməsi ilə bağlı planlarına münasibət bildirilərkən məlumat verilib. Mətbuat xidməti ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 aprel 2015-ci il bəyanatlarını da xatırladıb: “Həmin bəyanatda göstərildiyi kimi münaqişənin hərtərəfli həlli kontekstində biz Dağlıq Qarabağ xalqının öz müqəddəratının təyin etmək rolunu qəbul edirik. Lakin nə 3 həmsədr ölkə, nə də başqa ölkələr Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanıyır. Həmsədrlər keçiriləcək “seçkilər”in nəticələrinin Dağlıq Qarabağın hüquqi statusunu dəyişəcəyini qəbul etmirlər. Bu heç bir halda Dağlıq Qarabağın son statusunu və ya Dağlıq Qarabağmünaqişəsinin uzunmüddətli və sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin nəticələrini əvvəlcədən müəyyən etmir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı ATƏT-in mövqeyi dəyişməz olaraq qalır.