Heqiqet.Az » siyaset » Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 27 il ötdü


Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 27 il ötdü

24-08-2020, 06:56
Çap et
Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 27 il ötdü Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 27 il ötdü.
Hər iki rayonun maddi və mədəni sərvəti və təbii ehtiyatları talan edildi, tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır. İşğalçı ermənilər bununla Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışmışlar.
Füzuli və Cəbrayıldan olan məcburi köçkün soydaşlarımız dövlətin tam qayğısı ilə əhatə olunublar və yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Füzuli və Cəbrayıl rayonlarında döyüşlər zamanı qəhrəmancasına həlak olmuş hərbçilərimizin və mülki vətəndaşlarımızın əziz xatirəsinə dərin ehtiramımı bildirirəm və onlar hər zaman qəlbimizdə yaşayacaq!
Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 27 il ötdü
İltizam Yusifov
Milli Məclisin deputatı
Reytinq: