Heqiqet.Az » sosial » Qadın hərəkatı tarixində yeni bir dövr


Qadın hərəkatı tarixində yeni bir dövr

27-08-2020, 09:39
Çap et
Qadın hərəkatı tarixində yeni bir dövr Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycanın qadın hərəkatı tarixində də başqa bir mərhələdir. Azərbaycan qadınının ictimai fəallığında o, öz çoxşaxəli fəaliyyəti, strateji baxışları ilə yeni ənənələr formalaşdırıb. Qadın hərəkatının müasir forma və metodlarını irəli sürərək onların uğurunu təmin edib.
Bəli, unutmuruq ki, tarixin müxtəlif mərhələlərində cəmiyyət həyatının ayrı-ayrı sahələrində fəallıq göstərərək öz töhfələrini verən xanımlarımız çox olub: kimisi təhsil sferasında böyük işlərə imza atıb, kimisi səhiyyədə, bir başqası mədəniyyətdə və digər sahələrdə. Mehriban xanım isə qadın hərəkatı tariximizdə ilk şəxsiyyətdir ki, fəaliyyəti təhsildən səhiyyəyə, idmandan milli mədəniyyətimizin ölkədə və xaricdə təbliğinə, xeyriyyə işlərindən başlamış ətraf mühitin qorunmasına qədər ən müxtəlif spektrləri əhatə edir.
Mehriban xanım Əliyevanın fəaliyyətində məsuliyyət yükü ağır və şərəflidir. O, millətin tərəqqisi üçün yeniləşən ideyalar sahibidir. Azərbaycanın Birinci vitse-prezidentinin inkişafa doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu təqdim edir.
Eyni zamanda Azərbaycanın qlobal dünyaya inteqrasiyası Mehriban xanıma imkan verir ki, gördüyü işləri təkcə ölkə hüdudları ilə məhdudlaşdırmasın. Azərbaycandan uzaqlarda da onu yaxşı tanıyırlar. Adını böyük ehtiramla çəkirlər. Çünki Birinci vitse-prezidentimiz bir çox ölkələrdə də insanlara həyat eşqi bəxş edən, onları sevindirən, dünyalarına işıq saçan möhtəşəm işlər görüb. Onları ümidlə, ilhamla, Azərbaycana minnətdarlıq duyğuları ilə yaşamağa sövq edib. Dünyanı gözəlləşdirməyə ruhlandıran nəcib əməllər meydana qoyub. Bu, onun missiyasıdır. Mehriban xanım dünyanı sərhədlərə, millətlərə, dil, din, mədəniyyət fərqlərinə bölmür. O, uçurumlar yaradan fərqlərin deyil, insanları nəcib niyyətlər, xoş məqsədlər ətrafında birləşdirən, ali dəyərlərin axtarışında olan şəxsiyyətlərdəndir. Mehriban xanım Əliyevanın məqsədi, amalı ayrılıq salmaq deyil, birləşdirmək, vəhdət yaratmaq, fərdləri, mədəniyyətləri üz-üzə qoymaq yox, onlar arasında sülhə nail olmaqdır. Bu həyatda hər kəsin bir-birinə həyan olmasının vacibliyi həqiqətini insanlara anlatmaqdır.
Hörmətli Mehriban xanım, Azərbaycan xalqı xobəxt xalqlardandır ki, onun Sizin kimi işgüzar, daim əhalisinin rifahı naminə çalışan bir xanımı var. Sizi təbrik edir, can sağlığı və firavan həyat arulayıram!
Qadın hərəkatı tarixində yeni bir dövr
Lalə Babayeva,
Nərimanov Rayon 8 saylı Şəhər Poliklinikasının 2-ci terapeya şöbəsi, sahə həkimi, terapevt
Reytinq: