"Azərbaycan bizim strateji tərəfdaşımızdır" - Matviyenko23-09-2020, 13:25
Çap et Bu fikirləri Moskvada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşündə bildirib. "Azərbaycan bizim strateji tərəfdaşımızdır. Şübhəsiz ki, parlamentlərarası əməkdaşlıq da dövlətlərin münasibətlərində çox mühüm yerə malikdir. Çoxdandır gözlədiyimiz bu səfər parlamentlərin dialoqu çərçivəsində ikitərəfli gündəliyi uyğunlaşdırmaq, bizi narahat edən beynəlxalq məsələləri müzakirə etmək, fikirlərimizi, planlarımızı bölüşmək, parlamentlərarası əməkdaşlığımızın gələcəyinə dair söz açmaq üçün gözəl fürsət yaradıb”, - deyən V.Matviyenko həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini xatırladıb: "Biz birlikdə Rusiya-Azərbaycan Regionlararası Forumu açdıq. Mənim dərin hörmət və ehtiramımı Mehriban Əliyevaya çatdırmağınızı xahiş edirəm”. Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-də Rusiyaya rəsmi səfərə gedib. Bu, S.Qafarovanın həmin vəzifədə Rusiyaya ilk rəsmi səfəridir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
