Eskişehirdə Azərbaycan dövlətinə dəstək aksiyası keçirilib8-10-2020, 12:40
Çap et Tədbirdə çıxış edənlər cəbhə bölgəsindən uzaqda yerləşən Azərbaycan şəhərlərinin işğalçı Ermənistan ordusu tərəfindən artilleriya atəşinə tutulmasını, yaşayış məntəqələrinə və obyektlərinə raket zərbələri endirməsini, mülki əhalini qətlə yetirməsini və yaralamasını şiddətlə qınayıblar. Tədbir iştirakçıları işğalçı erməni qüvvələrinin Azərbaycan torpaqlarını tərk etmələrini və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını tələb ediblər. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı aksiyada "İki Vətən tək can, Türkiyə-Azərbaycan" şüarı yazılmış plakatlar nümayiş etdirilib. Sonra dövlətlərimizin bayraqları ilə bəzədilmiş 100-dən çox avtomobil karvanı şəhərin küçələrində yürüş edib. Avtomobil yürüşü başa çatdıqdan sonra bir araya gələn tədbir iştirakçıları şəhidlərin ruhuna dualar oxuyublar və Qarabağ cəbhəsində uğurla irəliləyən Azərbaycan ordusuna davamlı qələbələr arzulayıblar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
