» » Əliyev şərtini açıq dedi, Paşinyan isə... - Moskalenko


Əliyev şərtini açıq dedi, Paşinyan isə... - Moskalenko

19-10-2020, 09:53
Çap et
Əliyev şərtini açıq dedi, Paşinyan isə... - Moskalenko Azərbaycan Prezidenti İlham Əliyevin nitqindəki əsas üstünlük ünvanlanan suallara aydın və konkret cavablardır.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Yuri Moskalenko Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın "RİA Novosti”yə çıxışlarını şərh edərkən söyləyib.
Ekspertin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev 10 oktyabr tarixli Moskva bəyanatında da qeyd olunan nizamlanmanın baza prinsiplərindən ətraflı danışıb:
"Prezident İlham Əliyev Azərbaycan tərəfinin məskunlaşma prosesində etməyə hazır olduğu kompromislərdən ətraflı danışdı. Eyni zamanda, İlham Əliyev Rusiya və Gürcüstan ərazisində ermənilərlə azərbaycanlıların yaşamaq təcrübəsini Azərbaycan və erməni icmalarının birgə yaşayışının müsbət nümunəsi adlandırdı”.
Nikol Paşinyanın müsahibəsinə toxunan politoloq Ermənistanın baş nazirinin cavablarının, bir qayda olaraq, natamam və qeyri-müəyyən olduğunu vurğulayıb:
"Dağlıq Qarabağ konfliktin regional bir münaqişəyə çevrilmə təhlükəsindən danışan Paşinyanın çıxışında münaqişəyə son qoymaq üçün heç bir real kompromis və addım yox idi”.
Reytinq: