Milli Məclisə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən təcavüzü pisləyən məktublar gəlməkdə davam edir27-10-2020, 06:15
Çap et Bu günlərdə Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qayser Milli Məclisin Sədrinə ünvanladığı məktubda Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin məqsədli şəkildə pozulması və Azərbaycanın mülki şəxslərinin atəşə tutulması pislənilir. Məktubda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması ciddi narahatlıq doğurur. Belə hərəkətlər BMT Nizamnaməsinin və beynəlxalq humanitar hüququn pozulması faktıdır. Pakistan Ermənistanı dövlət kimi tanımır və Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi barədə narahatlığını ifadə etmişdir. Pakistan Milli Assambleyasının Sədri məktubunda Ermənistanın qardaş Azərbaycan xalqına qarşı təcavüzünü pisləyir və bildirir ki, Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır. Pakistanın Parlamenti, Hökuməti və xalqı qardaş Azərbaycan xalqının özünümüdafiə hüququnu dəstəkləyir. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan mövqeyində bundan sonra da onun yanındadır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
