Fransanın “Causeur” portalı: Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı16-11-2020, 06:02
Çap et Bu fikirlər Fransanın "Causeur” portalında dərc olunmuş analitik məqalədə yer alıb. Məqalədə bildirilir ki, bu bəyanatı imzalamaq Nikol Paşinyan üçün ağrılı olduğu qədər də qaçılmaz idi. Paşinyan üçün bu bəyanatı imzalamaq həm də düzgün qərar idi. Ancaq təəssüf ki, vəzifədə olduğu müddətdə o, belə düzgün addımlar atmadı. O, Azərbaycan Ordusunun gücünü, ölkənin siyasi elitasını düzgün qiymətləndirə bilmədi. O, 1990-cı illərin əvvəllərindəki erməni hərbi üstünlüyünün indi artıq olmadığını başa düşmədi. Paşinyan 2016-cı ilin aprelində olduğu kimi, bir neçə gündən sonra döyüşlərin dayandırılacağını düşünürdü. O, "Qarabağ Ermənistandır” deməklə vəziyyəti daha da qəlizləşdirdi və azərbaycanlıların səbir kasasını daşdırdı. Məqalədə qeyd edilir ki, 90-cı illərin əvvəllərində torpaqlarının 20 faizinin işğalına, nəticədə 1 milyon qaçqın və məcburi köçkünün yaranmasına baxmayaraq, Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyev müdrik siyasət yürüdərək, ilk növbədə, ölkənin iqtisadi potensialını və insan kapitalını inkişaf etdirdi. Müəllif vurğulayır ki, bu gün Ermənistanda təslimdən sonra yaranmış daxili qeyri-sabitlik daha qorxulu görünür. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
