» » Putindən Qarabağla bağlı son söz


Putindən Qarabağla bağlı son söz

23-11-2020, 09:27
Çap et
Putindən Qarabağla bağlı son söz “Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.
V. Putin Ermənistanın belə qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb: “Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
***
Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada yalnız vasitəçidir.
Bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.
V. Putin deyib ki, Rusiya tərəflər arasında sülhün əldə olunması məqsədi ilə razılaşmaya əməl olunması üçün vasitəçi rolunu üzərinə götürüb: “Biz indi bu işlə məşğuluq. Razılaşmanın müəllifi üç tərəf – Rusiya, Ermənistan və Azərbaycandır”.
Reytinq: