Heqiqet.Az » sehiyye » Epidemiya qaydalarını pozan Sabirabad sakini barəsində cinayət işi açılıb


Epidemiya qaydalarını pozan Sabirabad sakini barəsində cinayət işi açılıb

24-11-2020, 07:13
Çap et
Epidemiya qaydalarını pozan Sabirabad sakini barəsində cinayət işi açılıb Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Sabirabad Rayon Prokurorluğundan verilən məlumata görə, Sabirabad rayon sakini, 1964-cü il təvəllüdlü Əkbərov Qubad Əkbər oğlunun 11.11.2020-ci il tarixdə "Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 23.11.2020-ci il tarixdə idarə etdiyi "QAZ-3110" markalı avtomobillə hərəkətdə olarkən xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış stasionar postda saxlanılaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratması müəyyən edilib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Sabirabad rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Reytinq: