"Qarabağ Azərbaycandır və nida" ifadəsi Böyük Qələbəmizin rəmzinə çevrildi" - Kəmaləddin Heydərov16-12-2020, 07:33
Çap et Bunu Fövqəladə Hallar naziri, general–polkovnik Kəmaləddin Heydərov "Azərbaycan" qəzetinə məqaləsində yazıb. Nazir bildirib ki, Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf edib: "Qarabağ Azərbaycandır və nida” ifadəsi tariximizin gerçəkliyi, Böyük Qələbəmizin rəmzinə çevrildi. Əks-hücum əməliyyatları zamanı ordumuzun müzəffər yürüşü qarşısında aciz qalan, küncə sıxışan işğalçı Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədirdi. Silahlı Qüvvələrimizə dəstək və mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri şərəflə icra edən Fövqəladə Hallar Nazirliyinin qüvvələri ən ekstremal vəziyyətlərdə xidməti vəzifələrini icra edir, düşmənin artilleriya atəşləri nəticəsində baş verən dağıntılar zamanı axtarış-xilasetmə əməliyyatlarını yerinə yetirir, insanların xilas edilməsi və təxliyəsini həyata keçirir, yanğınların dərhal aradan qaldırılması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərirdilər. Təcavüzkar Ermənistanın dinc sakinləri hədəfə almaqda davam etdiyi günlərdə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən hazırlanan müxtəlif məzmunlu maarifləndirici çap materialları cəbhəyanı ərazilərdə və düşmən tərəfinin hədəfinə çevrilmiş digər yaşayış məntəqələrinin əhalisi arasında paylanılaraq müvafiq maarifləndirmə işləri aparıldı. Ermənistan Respublikasının Azərbaycanın mülki əhalisinə qarşı terrorçu təxribatları barədə faktlar tərəfdaş ölkələrin aidiyyəti qurumlarına və beynəlxalq təşkilatların diqqətinə çatdırıldı. Belə ki, 30-a yaxın ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul dövlət qurumlarına və 20-yə yaxın nüfuzlu beynəlxalq təşkilata, o cümlədən Birləşmiş Millətlər Təşkilatının uyğun qurumları (UN OCHA, UN DRR), Beynəlxalq Mülki Müdafiə Təşkilatı, NATO EADRCC (Avro Atlantik Fəlakətə Cavabın Əlaqələndirilməsi Mərkəzi), Avropa İttifaqının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi, Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər aidiyyəti beynəlxalq strukturlara ünvanlanmış məktublarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər diqqətə çatdırıldı”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
