» » Rusiyalı xilasedicilər Azərbaycan istehkamçılarına pirotexnika işini öyrədəcəklər


Rusiyalı xilasedicilər Azərbaycan istehkamçılarına pirotexnika işini öyrədəcəklər

5-01-2021, 09:14
Çap et
Rusiyalı xilasedicilər Azərbaycan istehkamçılarına pirotexnika işini öyrədəcəklər Bildiyim qədəri ilə Rusiyanın Noginsk xilasetmə mərkəzinin əməkdaşları Azərbaycan istehkamçılarına pirotexnika işini öyrədəcəklər.
Bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi Yevgeni Borisov deyib.
Onun sözlərinə görə, humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda fəaliyyət göstərəcək: "20 nəfərdən ibarət heyət "Lider" mərkəzinin pirotexniklərindən və Noginsk xilasetmə mərkəzinin əməkdaşlarından təşkil edilib. Bundan başqa, Rusiya FHN tərəfindən 3 ədəd robot avadanlığı texnikası gətirilib".
Bildirilib ki, Azərbaycana gələn bütün heyət COVID-19 infeksiyasına qarşı testdən keçirilib.
Qeyd edək ki, sabahdan rusiyalı mütəxəssislər ilk olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 hektar ərazinin minadan və partlamamış hərbi sürsatlardan təmizlənməsi əməliyyatlarına başlayacaq.
Reytinq: